Onlayn ictimai-siyasi qəzet
Filippində keçirilən seçkilər Haaqada həbsdə olan və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) hökmünü gözləyən keçmiş prezident Rodriqo Duterteyə uğur gətirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Duterte narkotik ticarəti ilə mübarizə kampaniyasında insanlığa qarşı cinayətlərdə ittiham olunduğu üçün həbs edilib. BCM məhkəmə qərarı olmadan polis tərəfindən öldürülən həmin şəxslərin qohumlarından sübutlar toplayıb. Lakin Davao sakinləri səslərin böyük əksəriyyətini Duterteyə veriblər.
Əvvəllər Davao şəhərinin meri olmuş, sonra isə ölkə prezidenti seçilmiş 80 yaşlı Rodriqo Duterte narkotik ticarətinə qarşı apardığı amansız kampaniya ilə məşhurlaşıb. Bu ölkədə narkobaronlar onilliklər ərzində ölkə gəcləri kütləvi şəkildə zəhərləməklə məşğul olub. Narkomaniya milli təhlükə halına çatdığı üçün Duterte onunla mübarizəyə başlayıb və narkotik tacirlərini yerindəcə güllələmək əmri verib. Nəricədə çoxlu narkotik tacirləri öldürülüb, yerdə qalanları da qorxularından hökumətə təslim olublar. Son nəticədə Filippində narkotik dövriyyəsi və narkomaniya nəzərəçarpacaq dərəcədə azalıb.
Ancaq Dutertenin bu əmrindən zərərçəkənlər şikayətçi olublar. Bir qadın The Guardian-a bildirib ki, kampaniya zamanı onun azyaşlı üç oğlu öldürülüb. Ölənlərin yaxınları hüquq müdafiəçilərinin köməyi ilə BCM-ə müraciətlər yazmağa başlayıblar. Bu arada Duterte prezident vəzifəsindən istefa verib. Nüfuzlu klanın nəvəsi və keçmiş prezidentin oğlu kiçik Ferdinand Markos dövlət başçısı seçilib. Həmin vaxt Duterte və Markos klanları əvvəlcə anlaşa bilsələr də, sonra onların arasında savaş başlayıb. Mart ayında Duterte ölkəni tərk etməyə cəhd edib. Lakin o, Manila hava limanında həbs edilərək Haaqadakı BCM-ə təhvil verilib. İndi o, dəmir barmaqlıqlar arxasındadır.
Filippin qanunlarına görə, həbsdə olan insanların seçkilərdə namizədliyini irəli sürmək hüququ olduğundan Duterte bələdiyyə sədri olmaq üçün qanundakı bu müddəadan istifadə edib. Seçkilər bazar ertəsi baş tutub. Nəticələr artıq qismən rəsmən açıqlanıb. Duterte yaşadığı sevimli şəhərində səslərin böyük əksəriyyətini qazanıb.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ