İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveçin 5 əsgəri təlimlər zamanı itkin düşüb

Norveçin Rusiya Federasiyasının Murmansk vilayəti ilə həmsərhəd olan Finnmark bölgəsində təlimlər zamanı 5 Norveç əsgəri itkin düşüb.

Musavat.com xəbər verir ki, bu barədə cümə axşamı polisə istinadən TV2 telekanalı məlumat yayıb.

"Biz iki qrupa bölünmüş beş nəfəri axtarırıq. Bir nəzəriyyə əsgərlərin görüş vaxtını səhv başa düşmələri və ya planlaşdırılandan daha uzun müddət qalmalarıdır. Digəri isə, kimsə yaralanmış və ya itmiş ola bilər", - işçi qrupunun rəhbəri Haukland Hansen bildirib.

O əlavə edib ki, ilkin olaraq 10 əsgər itkin düşüb, onlardan 5-i axtarış əməliyyatı zamanı tapılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR