Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merz “dron divarı” layihəsinin Aİ fondları ilə maliyyələşdirilməsi ideyasını dəstəkləmir.
Musavat.com xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən mılumat yayıb.
Nəşrin məlumatına görə, kansler bu fikri bağlı qapılar arxasında Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin sammitində bildirib.
Diplomatik mənbə bildirib ki, Merts bu təklifi “çox sərt” ifadələrlə tənqid edib.
Bir sıra siyasətçilər layihənin adının dəyişə biləcəyini etiraf edərək, layihənin həyata keçirilməsini dəstəkləyiblər. Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius hesab edir ki, "divar" sözü "yanıldıcı" ola bilər. O, Almaniyanın II dünya müharibəsi zamanı Fransanı minimal itkilərlə işğal etməsinə istinad edərək, layihənin "yeni Maginot xətti olmayacağına" ümid edir.
Avropa komissarı onu da xatırladıb ki, layihənin dəyəri ilkin olaraq 1 milyard avro olaraq qiymətləndirilib.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ