İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropa barədə ŞOK FAKTLARI açıqladı

Avropa şirkətləri ABŞ-dakı analoqları ilə müqayisədə enerji üçün iki-üç dəfə artıq xərc çəkməyə məcbur olur. Buna səbəb isə həmin ölkələrin Rusiyanın enerji resurslarından istifadəni dayandırmasıdır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Avropa şirkətləri elektrik enerjisinə amerikalı həmkarlarından 2-3 dəfə, qaz üçün isə 4,5 dəfə çox ödəyirlər. Bu, istehsal müəssisələrinin kütləvi bağlanmasına və onların üçüncü ölkələrə köçürülməsinə səbəb olub. 2024-cü ildə Avropa İttifaqında sənaye istehsalı 2,4% azalıb”, – nazirlik açıqlayıb.

Rusiya XİN əlavə edib ki, Rusiyanın enerji resurslarından uzaqlaşma enerji idxalının xərclərini kəskin artırıb. Artan xərc, eyni zamanda Çin rəqabətinin güclənməsi, xüsusilə də avtomobil sektoruna mənfi təsir göstərib.

Məlumata görə, Almaniyada avtomobil istehsalı ötən il 25% azalaraq 4 milyon ədəd təşkil edib. “Ümumilikdə, sənaye sahəsi 2024-cü ilin ortalarından bəri təxminən 114 min iş yerini itirib”, – nazirlik qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR