Onlayn ictimai-siyasi qəzet
Litvanın baş naziri İnqa Ruqinene mədəniyyət naziri İqnotas Adamaviçyusla bağlı “səbrinin tükəndiyini” bildirib və onun vəzifədən uzaqlaşdırılması qərarını verib.
Musavat.com bildirir ki, bu gün səhər məmurun “Krım kimindir” sualına müsahibə zamanı cavab verə bilməməsi qalmaqala səbəb olub.
Adamaviçyus sağ-populist “Nemanın şəfəqi” partiyasını təmsil edir və mədəniyyət sahəsində heç bir təcrübəyə malik deyil, baxmayaraq ki, partiya liderinin qohumudur. Onun nazir təyin olunması təsadüfi xarakter daşıyıb: koalisiya sazişinə əsasən, “Nemanın şəfəqi” iki nazir postu almalı idi, o cümlədən energetika naziri vəzifəsini. Lakin son anda ona energetika deyil, mədəniyyət naziri postu təklif olunub. Politoloqlar bunu mədəniyyət sahəsinin dövlət üçün daha az əhəmiyyətli hesab olunması ilə izah edirlər.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ