Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Missuri ştatında 19 yaşlı tələbə Rayan Şefer vandallıq əməllərində ittiham edilərək saxlanılıb. Məhkəmə sənədlərinə əsasən, onun məsuliyyətə cəlb edilməsində əsas sübutlardan biri süni intellektlə – ChatGPT ilə apardığı yazışma olub.
Musavat.com xəbər verir ki, istintaq materiallarında Şeferin sözügedən dialoqlarda törətdiyi hərəkətləri etiraf etdiyi, həmçinin hüquq-mühafizə orqanlarının onu tutmaq ehtimalı ilə bağlı suallar ünvanladığı qeyd olunub. Məhz bu yazışmalar onun cinayət məsuliyyətinə cəlb edilməsində həlledici rol oynayıb.
Hadisə barədə məlumatı ABŞ-da məhkəmə sənədlərinə istinadən The Smoking Gun nəşri yayıb. Ekspertlər bu faktı şəxsi yazışmaların, xüsusən də süni intellekt platformalarında aparılan ünsiyyətlərin hüquqi proseslərdə dəlil kimi istifadə olunmasının mümkünlüyünü göstərən yeni presedent kimi qiymətləndirirlər.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ