Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur "Sokrates Dərgi" "YouTube" kanalında "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı uğurlarından danışılıb.
Türkiyənin tanınmış idman şərhçiləri Emre Özcan və Erman Yaşar "Qarabağ"ın tarixi və Qurban Qurbanovun klubda gördüyü önəmli işlər barədə müzakirə aparıblar.
Şərhçi Erman Yaşar Qurban Qurbanovu futbol tarixinin ən önəmli şəxslərindən olan "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Fergüsonla müqayisə edib.
O qeyd edib ki, Qurban Qurbanov da 17 il əvvəl Aleks Fergüson kimi o qədər də güclü performans göstərməyən komandaya baş məşqçi təyin olunub və zaman keçdikcə çox az büdcə ilə klubu UEFA Çempionlar Liqasında ilk altılığa girəcək vəziyyətə gətirib çıxarıb.
Emre Özcan isə komandanın oyunçularının fərdi performansından çox sistemin mükəmməl işlədiyini deyib. Onun sözlərinə görə, "Qarabağ" çoxlu hücum edərək topa sahib olmağı sevən bir komandadır. Bu sayədə də özlərindən iki, üç dəfə daha artıq dəyəri olan komandalara qarşı mükəmməl oyun sərgiləyirlər.
Şərhçilər, həmçinin "Qarabağ" pley-off şansları barədə danışıblar. Qeyd ediblər ki, "Qarabağ"ın pley-off üçün 12 xal toplaması kifayət edir ki, bu xalları da "Ayaks" və "Ayntraxt Frankfurt"la öz meydanında keçirəcəyi oyunlarda qazana bilər.//Oxu.az
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ