Onlayn ictimai-siyasi qəzet
NATO-nun şərq cinahında hava məkanının müdafiəsini gücləndirmək səyləri çərçivəsində Norveç iki F-35 qırıcısını Polşaya göndərib.
Bu barədə TV2 məlumat yayıb.
Norveç Polşaya hərbi və texniki mütəxəssislər də göndərilib.
Bildirilir ki, Norveç qırıcıları NATO missiyasında iştirak etməklə Alyansın və Polşanın hava məkanının müdafiəsinə kömək edirlər. Onlar dekabrın 1-dən sonra yerüstü hava hücumundan müdafiə sistemləri ilə əvəz olunacaq Niderlandın F-35 qırıcıları ilə sıx əməkdaşlıq edəcəklər.
Qeyd olunur ki, sentyabrın 10-u gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanına müdaxiləsindən sonra Polşa müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri istəyib.//APA
04 Oktyabr 2025
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ