İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ daxilində hasilatı nə qədər artırmaqla bağlı fikir ayrılığı yaranıb

OPEC+ ölkələri gələn ay neft hasilatını necə tənzimləmək barədə konsensusa nail olmağa çalışırlar. Musavat.com xəbər verir ki, məlumatı Bloomberg adı açıqlanmayan nümayəndələrə istinadən yayıb. Bildirilir ki, razılaşma iştirakçıları arasında həm mülayim, həm də daha kəskin artımın tərəfdarları var.

Alyansın bazar günü keçiriləcək iclasından əvvəl aparılan ilkin müzakirələr noyabr ayı üçün iki əsas istehsal ssenarisi ətrafındadır. Bunlardan baza ssenarisi oktyabrda olduğu kimi, noyabrda da gündəlik 137,000 barel artıma gedilməsidir. Bununla yanaşı, hasilatın ikiqat və ya daha çox artırılması təklifi də var.

Agentliyin mənbələri alyans üzvlərinin mövqelərindəki fərqləri izah etməyiblər, lakin qeyd ediblər ki, Səudiyyə Ərəbistanı əvvəlki aylarda istehsalın sürətləndirilmiş artımının əsas tərəfdarıdı. Bu arada OPEC+-ın digər əsas oyunçusu olan Rusiya da son iclasda daha təmkinli istehsal siyasətinin tərəfdarı olub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR