Onlayn ictimai-siyasi qəzet
Ağ Evin İdarəetmə və Büdcə Ofisi İllinoys ştatında Çikaqo metrosunun genişləndirilməsi layihələrinə ayrılan 2,1 milyard dolları dondurub.
Musavat.com xəbər verir ki, İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout bunu podratçıların irqlərinə görə seçilmələri ilə bağlı olduğunu deyib: "Çikaqo infrastruktur layihələrində, xüsusən də Qırmızı Xəttin uzadılması və Qırmızı və Bənövşəyi Xəttin modernləşdirilməsi layihələrində 2,1 milyard dollar maliyyələşdirmə irqə əsaslanan müqavilələr vasitəsilə ötürülməməsini təmin etmək üçün dayandırılıb".
Qeyd edək ki, Donald Tramp administrasiyası hökumətin fəaliyyətinin dayanmasından Demokratların üstünlük təşkil etdiyi ştatlara federal maliyyənin məhdudlaşdırılması üçün istifadə etməyə başlayıb. İllinoys belə ştatlardan biridir. Sentyabrda Tramp Çikaqoya Milli Qvardiya yeridəcəyi ilə hədələdikdə qubernator C.Robert Pritzker onu “qorxaq diktator” adlandırmışdı.
Musavat.com
04 Oktyabr 2025
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ