İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buratino”nu səsləndirən aktrisa vəfat etdi

Sovet və Rusiya teatr və kino aktrisası Nina Qulyaeva 94 yaşında vəfat edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Nina İvanovna Qulyaeva səhnə həyatına 1954-cü ildə başlayıb. O, ilk dəfə Mxat səhnəsində "Anna Karenina" tamaşasında Seryoja obrazını canlandırıb. 1961-ci ildə isə "Üç kök" ("Три толстяка") tamaşasında Suok rolunu ifa edərək teatr tənqidçilərinin böyük rəğbətini qazanıb.

Nina Qulyaeva kinoda çox az çəkilib, çünki teatr onun üçün həmişə birinci yerdə olub. O, "Teleqram", "Çöl sakitliyində" və "Sənin müasirin" filmlərində rol alıb.

Bundan əlavə, o, məşhur "Al qəlpəli yelkənlər" filmində (A. Vertinskaya ilə) Assol obrazını, "Ruslan və Lyudmila" ekranlaşdırmasında isə Lyudmilanı səsləndirib (rolu Natalia Petrova ifa edib). Nina Qulyaeva həmçinin bir çox cizgi filmlərində də personajlara səs verib. Onun səsi 1959-cu ildə "Buratino", 1961-ci ildə isə "Çipollino" cizgi filmlərində səslənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR