Onlayn ictimai-siyasi qəzet
Britaniya taxtının varisi, Uels şahzadəsi Uilyam Vindzor qəsrindəki mərasimdə aktyor Qari Oldmana Cəngavər titulunu təqdim edib. Musavat.com xəbər verir məlumatı Kensinqton Sarayı yayıb.
Şahzadə Uilyamın mətbuat xidmətinin X hesabında yayımlanan bəyanatda deyilir: "Ser Gary Oldman, onilliklər boyu unudulmaz çıxışlarınız üçün - istər qəhrəman, istər cani, istərsə də hər hansı başqa rol olaraq, sizə təşəkkür edirəm".
Oldman bildirib ki, aldığı mükafatı hətta “Oskar”dan da üstün tutur: “İşimi görməkdən çox məmnunam. Düşünürəm ki, bu, dünyanın ən böyük işidir. İnanılmaz dərəcədə şanslıyam. Təxminən 10 il teatrla məşğul oldum, bir neçə televiziya filmində rol aldım, sonra da kinoya çəkildim. Bütün bunlar təsadüfi idi; bunların heç biri əvvəlcədən düşünülməyib və ya planlaşdırılmayıb”.
67 yaşlı Oldmanın Cəngavər titulu iyulun 13-də Böyük Britaniya hökumətinin saytında Kral III Çarlzın rəsmi doğum günü münasibətilə dövlət mükafatları ilə təltif olunanların siyahısında açıqlanıb. Aktyor İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçill obrazını canlandırdığı “Darkest Hour” (2017) filmindəki rolu ilə məşhurdur. Bu roluna görə o, 2018-ci ildə Ən Yaxşı Aktyor nominasiyasında Oskar Mükafatını qazanıb.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ