İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin hakimiyyəti çətin durumda-Meyitlərin puluna möhtac olublar

Sankt-Peterburq Şəhər Dumasının deputatı Andrey Ryabokon qalmaqallı təkliflə çıxış edərək vəfat etmiş, lakin varis qoymayan vətəndaşların bank hesablarında qalan vəsaitlərin dövlət büdcəsinə yönəldilməsini təklif edib.

Musavat.com xəbər verir ki, Ryabokon bildirib ki, bu gün nə banklar, nə də brokerlər ölən şəxslərin hesablarını müəyyən etməyə borcludur və əksər hallarda bu vəsaitlər sahibsiz qalır.

Deputatın fikrincə, mirasçısı olmayan şəxslərin hesablarında qalmış pullar dövlət xəzinəsinə keçirilsə, bu vəsaitlər ölkənin sosial dəstək proqramlarına yönəldilə və büdcə kəsirinin yumşaldılmasında istifadə oluna bilər. Ryabokon həmçinin vurğulayıb ki, hazırkı şəraitdə belə mənbələrin cəmlənməsi sosial layihələrin maliyyələşdirilməsinə əhəmiyyətli töhfə verə bilər.

Təklifin qanunvericilik bazasına necə daxil ediləcəyi, bank və brokerlərin bu prosesdə hansı məsuliyyət daşıyacağı və vəsaitlərin konkret hansı sosial proqramlara yönləndiriləcəyi barədə hələlik rəsmi qərar və ya detallı mexanizm açıqlanmayıb. Müxalifət və hüquqşünas dairələrdə isə belə bir təşəbbüsün şəxsi mülkiyyət və miras hüquqlarına təsirləri ilə bağlı sualların yaranacağı gözlənilir.

Əgər təklif qanunla təsdiqlənərsə, mirasçısı olmayan şəxslərin hesablarında qalan vəsaitlərin dövlətə keçirilməsi praktikası Rusiyanın sosial xərclərinə əlavə gəlir mənbəyi yarada bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR