Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp dərman bazarında “tarixi dəyişiklik” vəd edib.
Musavat.com xəbər verir ki, Tramp yeni TrumpRx təşəbbüsü çərçivəsində dərmanların qiymətlərinin 100 faizədək, hətta bəzi hallarda bundan da çox ucuzlaşdırılacağını açıqlayıb. Onun sözlərinə görə, artıq Pfizer şirkəti ilə ilkin razılaşma əldə olunub və dərmanlar xəstələrə birbaşa, siyahı qiymətlərindən ciddi endirimlərlə çatdırılacaq.
Ağ Ev bu təşəbbüsü “Amerikalı pasiyentlər üçün ən aşağı qiymətlərin gətirilməsi” kimi təqdim edib.
Bununla yanaşı, ekspertlər Trampın “100 faizdən də çox endirim” iddiasına şübhə ilə yanaşır. Analitiklər bildirirlər ki, belə dərəcədə ucuzlaşmanı real iqtisadi mexanizmlərlə izah etmək çətindir və bu, daha çox siyasi şüar effekti daşıyır.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ