Onlayn ictimai-siyasi qəzet
Üç ildən çox həbsdə yatan “Kapitol Şamanı” Ceykob Çansli onu əfv edən president Donald Trampa qarşı iddia qaldırıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çanslinin iddiasında digər cavabdehlərin də adı çəkilir: ABŞ Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, BVF, Dünya Bankı, İsrail dövləti, İlon Maskın X korporasiyası, T-Mobile və Warner Bros Studios.
Sənədin özü 26 səhifə təşkil etsə də, cəmi bir paraqrafdan ibarətdir. İddiasında Kapitoli Şamanı yalnız iki qanunun qorunub saxlanmasını tələb edir: Hüquqlar haqqında Bill və orijinal ABŞ Konstitusiyası.
İddiadakı qeyri-adi bəndlərə ABŞ-ın dövlət borcunu ödəmək üçün 40 trilyon dollarlıq qızıl sikkə buraxmaq ideyası da daxildir. Çansli həmçinin iddia edir ki, Tramp Kapitoliyə hücumdan iki gün sonra (ABŞ Konqresinə 6 yanvar 2021-ci ildə basqın edilib – red.) şəxsən ona məktub göndərib və kəşfiyyat agentlikləri guya onun “şaman güclərindən” istifadə edərək “bu dünyadan kənar” əlaqələr yaratmaq istəyiblər.
Keçmişdə Çansli Trampın uşaqların cinsi alveri ilə məşğul olan elit qrupla mübarizə apardığını iddia edən QAnon sui-qəsd nəzəriyyəsinin qızğın tərəfdarı idi. Lakin sonradan o, ABŞ prezidentinə qarşı çıxdı və onu “Epşteyn dosyesini” açıqlamaq istəməməkdə ittiham etdi.
Musavat.com
01 Oktyabr 2025
30 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ