İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyrək problemi olanlara bu dərmanlar olmaz - DİQQƏT

DocMed klinikasının nefroloqu Natalya Zakuraeva Mail.ru Sağlamlıqa açıqlamasında böyrəklərə zərər verməmək üçün ağrıkəsicilərin düzgün qəbul qaydalarını izah edib.

Nəzarət edilməyən NSAİD-lərin (steroid olmayan iltihab əleyhinə dərmanlar) təhlükəsi NSAİD-lər böyrəklər üçün potensial toksik ola bilər.

Bu dərmanlar:

  • Aspirin, diklofenak, indometasin, ibuprofen, naproksen, nimesulid və s.

Bu preparatlar ağrını azaldır, lakin onların yan təsirləri də var:

  • böyrək zədələnməsi,

  • maye yığılması,

  • qan təzyiqinin yüksəlməsi.

Əgər şəxs artıq böyrək funksiyasının pozulması ilə mübarizə aparırsa (məsələn, qanda kreatinin səviyyəsi yüksəkdirsə), NSAİD-lər böyrəyə qan axınını azaldaraq vəziyyəti ağırlaşdıra bilər. Hətta sağlam böyrəklər üçün də uzunmüddətli və yüksək dozada qəbul təhlükəlidir.

Xüsusi risk qrupları:

  • 45–65 yaş arası insanlar,

  • NSAİD-lərə yüksək həssaslığı olan şəxslər,

  • NSAİD-ləri 2 həftədən çox qəbul edənlər.

Alternativlər və tövsiyələr:

  • Temperaturu salmaq və ağrını azaltmaq üçün asetaminofen (parasetamol) istifadə edilə bilər. Uzunmüddətli istifadədə (3 gündən çox) həkim nəzarəti vacibdir və spirt istifadəsindən qaçmaq lazımdır.

  • Kardioloq kiçik doza aspirin təyin edibsə, normal böyrək funksiyası olan insanlara zərər yoxdur, amma gündə 6–8 tabletdən artıq qəbul etməmək vacibdir.

  • Böyrək xəstəliyi olanlarda aspirin qanaxma riskini artırır, buna görə həkimlə razılaşdırılmalıdır.

Vacib tövsiyə: Ağrıkəsiciləri yalnız həkim göstərişi ilə, minimal effektiv dozada və mümkün qədər qısa müddət istifadə etmək lazımdır.//E-saglam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR