Onlayn ictimai-siyasi qəzet
Nizami rayonu, Məmmədəli Şərfli küçəsi 9-dan Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən avtobuslar günlərdir ciddi problemlə üzləşiblər. Təkcə ictimai nəqliyyat deyil, bu ərazidə yaşayan sakinlər də böyük çətinlik çəkirlər.
Belə ki, bir neçə yolun kəsişməsi olan bu ərazi tamamilə su ilə dolub və nəqliyyatın hərəkətini praktiki olaraq mümkünsüz hala gətirib. Paytaxta bir neçə gün əvvəl yağan yağış suyu hələ də ərazidən çəkilməyib — bəzən bu su aylarla burada qalır və ətraf üçün ciddi təhlükəyə çevrilir.
Sakinlər "TV Müsavat"a bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, məhəl qoyulmayıb. Onların sözlərinə görə bu vəziyyət hər an faciə ilə nəticələnə bilər. Qeyd edirlər ki, avtobusda sərnişin sayı bir qədər artıq olanda, nəqliyyat vasitəsinin aşması real təhlükəyə çevrilir. Musavat.com həmin ərazidən çəkilən videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Video müəllifindir,
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ