Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyə energetika naziri Alparslan Bayraktar Ankaranın Rusiyadan təbii qaz idxalını davam etdirəcəyini açıqlayıb.
Nazirin sözlərinə görə, ABŞ tərəfinin Rusiya enerji daşıyıcılarından imtina etmək barədə çağırışları Türkiyənin enerji siyasətinə təsir göstərməyəcək.
“Türkiyə öz enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif mənbələrdən istifadə edir və bu çərçivədə Rusiyadan qaz tədarükü davam edəcək”, – Bayraktar vurğulayıb.
Qeyd edək ki, Rusiya Türkiyənin əsas qaz təchizatçılarından biridir. Son illərdə Ankara həm də alternativ marşrutlar – Azərbaycan və digər mənbələrdən qaz idxalı istiqamətində fəaliyyətini gücləndirsə də, Moskva ilə enerji əməkdaşlığı strateji xarakter daşımaqdadır.
Musavat.com
03 Oktyabr 2025
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ