İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: “Kölgə donanması”nın ələ keçirilməsi təsadüfi deyil

Musavat.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Vladimir Putinin son açıqlamalarına cavab olaraq Avropanın Rusiyaya qarşı yeni strategiya tətbiq etdiyini bəyan edib.

Onun sözlərinə görə, Avropa dövlətləri tərəfindən Rusiya “kölgə donanmasına” aid tankerin ələ keçirilməsi və heyət üzvlərinin bir hissəsinin həbs olunması təsadüfi addım deyil, planlı siyasətin tərkib hissəsidir.

Makron bildirib ki, məqsəd Rusiyaya əlavə təzyiq göstərmək, onun hərbi maşınını maliyyələşdirən gəlirləri kəsmək və Moskvanın manevr imkanlarını daraltmaqdır: “Avropa artıq köhnə üsullarla kifayətlənməyəcək, Rusiya neftinin gizli yollarla daşınmasına qarşı sərt tədbirlər görüləcək”, – deyə Fransa lideri vurğulayıb.

Rəsmi Parisin mövqeyinə görə, Avropa İttifaqı enerji bazarlarında “kölgə donanması”na qarşı əməliyyatları gücləndirməklə Rusiyanın büdcəsinə milyardlarla avro itki vurmağı hədəfləyir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR