Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstan, Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – “Orta Dəhliz” üzrə vahid tarif tətbiq etmək barədə razılığa gəliblər.
Rəsmi məlumatda qeyd olunur ki, qərarın əsas məqsədi marşrut üzrə yükdaşımaların effektivliyini və fasiləsizliyini artırmaqdır. Bu dəhliz Çin, Mərkəzi Asiya və Avropa arasında əsas Avrasiya nəqliyyat xəttinə çevrilir.
Bundan əlavə, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun inkişafı, dar boğazların aradan qaldırılması, rəqəmsallaşdırma proseslərinin gücləndirilməsi və “Orta Dəhliz”in ötürücülük qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərməyə razılaşıblar.
Beləliklə, yeni razılaşma Avrasiya ticarət marşrutunun strateji əhəmiyyətini daha da möhkəmləndirəcək.
Musavat.com
03 Oktyabr 2025
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ