İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tədarükü 2025-ci ildə 1,7 milyon tona çatacaq

Qazaxıstan və Azərbaycan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə Qazaxıstan neftinin tədarükünü 1,7 milyon tona çatdırmağı planlaşdırır.

"Report" Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov və Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında Astanada keçirilən "Kazenergy Week-2025" çərçivəsində baş tutan görüşdə bildirilib.

"Nəqliyyat infrastrukturunun inkişafı mühüm müzakirə mövzusu olub. Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan neftinin tədarükü üçün əsas ixrac arteriyasına çevrilib. 2023-cü ildə onun vasitəsilə 1,06 milyon ton yük daşınıb, 2025-ci ildə isə həcmin 1,7 milyon tona çatdırılması planlaşdırılır", - məlumatda deyilir.

Akkenjenov qeyd edib ki, Aktau-Bakı-Ceyhan marşrutu Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, Bakı-Supsa marşrutu strateji ehtiyat olaraq qalır.

Görüşdə ikitərəfli əməkdaşlıq layihələri, o cümlədən Xəzər Yaşıl Enerji Dəhlizi də müzakirə edilib. Görüşdən sonra tərəflər birgə layihələrin iki ölkənin strateji tərəfdaşlığını gücləndirdiyini və bütün region üçün yeni imkanlar açdığını vurğulayıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR