İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Afrikadakı güc nümayişi - VİDEO

Musavat.com xəbər verir ki, Türkiyə Somalidə antiterror fəaliyyətlərinə dəstəyini davam etdirir.

Rəsmi mənbələrin məlumatına görə, türk hərbi mütəxəssisləri Somalinin milli ordusunu “Əş-Şəbab” terror təşkilatına qarşı mübarizə məqsədilə intensiv təlimlərə cəlb ediblər. Bu proqram həm hərbi intizamın möhkəmləndirilməsinə, həm də xüsusi əməliyyatların peşəkar səviyyədə həyata keçirilməsinə xidmət edir. 

Məlumatlara görə, proses yalnız quru qoşunları ilə məhdudlaşmır. Yayılan videogörüntülərdə Türkiyə tərəfindən Somaliyə göndərilmiş helikopterlər də nümayiş etdirilib. Bu addım Ankaranın hərbi-texniki dəstəyinin bir hissəsi kimi Somalinin hava imkanlarını gücləndirməyə yönəlib.

Türkiyənin bu fəaliyyəti həm bölgədə terrorizmə qarşı mübarizədə mühüm rol oynayır, həm də Ankaranın Qırmızı dəniz–Afrika buynuzu regionunda strateji mövqelərini möhkəmləndirdiyinin bariz göstəricisidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR