İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyadan Apple-a tələb: Gizli məlumatları aç!

Musavat.com xəbər verir ki, Böyük Britaniya hökuməti Apple şirkətindən “iCloud” serverlərində istifadəçi məlumatlarına çıxış imkanı verən xüsusi “arxa qapı” yaratmağı tələb edib.

Bu addım “İstintaq səlahiyyətləri haqqında qanun” (Investigatory Powers Act) əsasında verilmiş texniki göstərişlərlə əsaslandırılıb.

Rəsmi izaha görə, məqsəd hüquq-mühafizə orqanlarının zəruri hallarda şifrələnmiş məlumatlara daxil ola bilməsini təmin etməkdir.

Apple isə bu tələbi rədd edərək bildirib ki, belə bir mexanizmin yaradılması yalnız dövlət orqanlarına deyil, həm də kibercinayətkarlara yol aça bilər. Şirkətin mövqeyinə görə, bu, bütün istifadəçilərin şəxsi təhlükəsizliyini zəiflədər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR