İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda doğum böhranı: Statistika kəskin azalmadan xəbər verir

Musavat.com xəbər verir ki, Ermənistan Statistika Komitəsinin son açıqladığı rəqəmlər paytaxt İrəvanda demoqrafik böhranın dərinləşdiyini göstərir.

Əgər 2021-ci ildə şəhərdə ümumi doğum əmsalı 1.821 idisə, 2024-cü ildə bu göstərici cəmi 1.180-ə enib. Qeyd edək ki, bu rəqəm Avropa regionu üçün də olduqca aşağı hesab olunur və təbii artımda ciddi tənəzzülə işarədir.

Bunun əksinə, Ermənistanın bəzi bölgələrində mənzərə fərqlidir. Xüsusilə Vayots Dzor vilayəti son dörd ilin statistikasına görə doğum sayında liderlik edib. Bu isə regionlarda ailələrin ənənəvi modelə daha sadiq qalması ilə əlaqələndirilir.

Ekspertlərin qənaətinə görə, İrəvanda doğum səviyyəsinin kəskin azalması urbanizasiya, iqtisadi çətinliklər və gənclərin xaricə köç tendensiyası ilə bağlıdır. Onların fikrincə, hökumət üçün paytaxtda doğum əmsalının bu qədər aşağı düşməsi ciddi siqnal hesab olunmalıdır.

Beləliklə, ölkə üzrə ümumi mənzərə müəyyən tarazlıq göstərsə də, İrəvanda açıq şəkildə demoqrafik böhran müşahidə olunur. 

 

Musavat.com

56884bb1-a8ab-4f59-b503-35072e31e007.jpeg (122 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR