Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransanın təşəbbüsü ilə imzalanan Avropa narkotiklərlə mübarizə koalisiyası haqqında bəyannaməyə imza atıb.
Rəsmi məlumata görə, sənədin imzalanması Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 7-ci Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutub.
Çıxışı zamanı Kobaxidze Gürcüstan hökumətinin narkotiklərə qarşı sərt siyasət yürütdüyünü diqqətə çatdırıb. O, son aylar ərzində ölkədə çoxsaylı iri həcmdə narkotik partiyalarının ələ keçirildiyini və onlarla böyük narkotacirin həbs edildiyini vurğulayıb.
Baş nazir bildirib ki, Gürcüstan Avropa tərəfdaşları ilə birgə bu sahədə əməkdaşlığı gücləndirməyə hazırdır.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ