Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi əməkdaşlar arasında məxfi məlumatların mətbuata ötürülməsinin qarşısını almaq üçün yeni tədbirlər tətbiq etməyə hazırlaşır.
The Washington Post yazır ki, bu çərçivədə seçilmiş hərbi qulluqçular və mülki işçilərin poliqraf — yalan detektoru ilə yoxlanılması planlaşdırılır.
Məlumata görə, addım prezident Donald Tramp administrasiyasının və Pentaqonun “sızmalar”la mübarizə strategiyasının bir hissəsi kimi nəzərdə tutulub. Məqsəd dövlət qulluqçuları arasında mətbuata məlumat ötürməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdirməkdir.
Bundan başqa, Müdafiə naziri ofisi, Birləşmiş Qərargah Rəisləri Komitəsi və podratçılar daxil olmaqla, ümumilikdə 5 mindən çox əməkdaşın yeni məxfilik razılaşmasını imzalaması məcburi olacaq.
Ekspertlərin qənaətinə görə, bu tədbirlər ABŞ hökumətində daxili etimad mühitinin zəiflədiyini və mətbuatla münasibətlərin daha da sərtləşdiyini göstərir.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ