Onlayn ictimai-siyasi qəzet
Erməni bloger və fəal İşxan Verdyan bildirib ki, baş nazir Nikol Paşinyan həqiqətən sülhə sadiqdir, çünki sülhə alternativ yalnız müharibədir və müharibə Ermənistan dövlətçiliyinin məhvinə gətirib çıxara bilər.
Musavat.com xəbər verir ki, İşxan Verdyan bunu “Minval Politika”ya müsahibəsində Paşinyanın İrəvan və Bakı arasında sülh sazişi kontekstində konstitusiyaya düzəlişləri müzakirə etməməsi ilə bağlı şərh edərkən deyib.
Verdyan Nikol Paşinyanın ritorikasının daxili siyasi kontekstdə olduğunu vurğulayıb və yaxın gələcək seçkilərdə daşnak müxalifətin “Paşinyan hər şeyi Azərbaycanın istəyi ilə edir” povestindən istifadə edə biləcəyini qeyd edib.
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, Verdyan bildirib ki, Aİ-yə üzvlük üçün maneə Türkiyədir. O hesab edir ki, Ermənistanın Aİ-yə üzv olması üçün Türkiyə ərazisindən quru yol tapması lazımdır. Əks halda, ölkə Rusiyanın iqtisadi əlavəsi olaraq qalacaq.
Verdyan yekun olaraq vurğulayıb ki, Ermənistanın regionda inkişafı və Avropa İttifaqına inteqrasiyası üçün yeganə yol sülhün qorunması və praktik həll yollarının tapılmasıdır.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ