Onlayn ictimai-siyasi qəzet
İsrail Qlobal Sumud donanmasının sonuncu gəmisini də ələ keçirib.
Musavat.com xəbər verir ki, Qlobal Sumud flotiliyasının Qəzza zolağı sahillərinə doğru hərəkət edən sonuncu gəmisi İsrail Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib.
İsrail Televiziyasının 12-ci kanalının məlumatına görə, "Marinette" adlı yaxta texniki nasazlıqlara görə əsas qrupdan geri qalıb. Bundan əvvəl, oktyabrın 2-də İsrail Hərbi Dəniz Qüvvələri flotiliyaya daxil olan 41 gəmini ələ keçirib.
Mənbələrin məlumatına görə, insident heç bir itki ilə nəticələnməyib; bütün gəmilər müşayiət olunub və İsrail limanlarına təhlükəsiz və nəzarətli giriş təmin edilib.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ