İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayşe Barımla bağlı QƏRAR VERİLDİ

248 gündür həbsdə olan Ayşe Barım sərbəst buraxılsa da, haqqında yenidən həbs qərarı verilib.

Musasat.com xəbər verir ki, məhkəmə iki gün öncə təqsirləndirilən şəxslərin vəkillərinin vəsatətini nəzərə alaraq Barımın şərti olaraq azadlığa buraxılmasına qərar versə də, Baş Prokurorluq bu qərara etiraz edib.

Məhkəmə etirazı qəbul edərək Ayşe Barımın yenidən həbs edilməsinə qərar verib. Menecerin xəstəxanada müalicəsi tamamlandıqdan sonra yenidən həbsxanaya göndəriləcək.

Qeyd edək ki, Ayşe Barım "Zorakı güc və şiddət tətbiq etməklə Türkiyə Cümhuriyyəti hökumətini devirməyə və ya onun fəaliyyətlərini qismən və ya tamamilə əngəlləməyə cəhdə yardım etmək" ittihamı ilə mühakimə olunur. 

Türkiyə mediasında isə Ayşe Barımın aktrisalardan birini homoseksual müğənni ilə sevgili kimi təqdim etməsiylə bağlı məlumatlar yayılmışdı. Həmin müğənninin agentliyə və aktrisaya pul ödədiyi iddia edilmişdi. Onun Mert Demir, aktrisanın Serenay olduğu deyilirdi.

Bundan sonra İstanbul Baş Prokurorluğu tərəfindən "ID Consulting Limited" şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair istintaq başladılmışdı.

İstintaqın "iş azadlığının pozulması" və "şantaj" kimi iddialarla bağlı olduğu bildirilmişdi.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR