Onlayn ictimai-siyasi qəzet
Türkiyəli tanınmış tarixçi və yazıçı İlbər Ortaylı səhhətinin pisləşməsi və bu səbəbdən xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılıb.
Musavat.com xəbər verir ki, İlber Ortaylının qızı atasının səhhəti barədə açıqlama verib.
O, atasının infarkt keçirdiyi barədə iddiaları təkzib edib. Bildirilib ki, İlbər Ortaylı xəstəxanaya yalnız nəzarət məqsədilə gedib.
"Atam infarkt keçirməyib, komada da deyil. Kiçik narahatlıq səbəbindən nəzarət məqsədilə xəstəxanaya yerləşdirilib" - o qeyd edib.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ