Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Rusiya neftinin alınması özəl neftayırma zavodları və distribyutorların qərarları əsasında həyata keçirilir.
Musavat.com xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar ABŞ prezidenti Donald Trampın Rusiyanın enerji resurslarının alışını dayandırmaq çağırışına münasibət bildirərkən deyib.
“Əslində bu, özəl şirkətlərin, distribyutorların və neftayırma zavodlarının qərarıdır”, - nazir vurğulayıb.
Bayraktar bildirib ki, Ankara Rusiyadan təbii qaz idxalını davam etdirəcək, çünki bu, əhalinin ehtiyaclarının ödənilməsi üçün həyati əhəmiyyət daşıyır.
“Biz vətəndaşlarımıza ‘‘qaz yoxdur” deyə bilmərik. Rusiya ilə razılaşmalarımız var. Qarşıdan qış gəlir, qazı Rusiyadan, Azərbaycandan və Türkmənistandan almalıyıq”, – energetika naziri əlavə edib.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ