İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin təhlükəsizlik naziri “Sumud” fəallarını terrorçu adlandırdı – “Humanitar yardım yox, narkotik gətiriblər”

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir saxlanılan “Sumud” flotiliyasının fəallarını ziyarət edib.

Musavat.com xəbər verir ki, Ben-Qvir onların humanitar məqsədlə deyil, terrorçulara dəstək üçün Qəzzaya gəldiyini bəyan edib. Nazir fəalları açıq şəkildə “Qəzzaya terrorçular naminə gəlmiş terrorçular” adlandırıb.

İsrail Həbsxana Xidmətinin açıqlamasına görə, flotiliya ələ keçirildikdən sonra iştirakçılar arasında şübhəli narkotik preparatlar aşkarlanıb. Bu barədə Ben-Qvirə məruzə edilib. Nazir isə kəskin reaksiya verərək bildirib:

“Deyirlər – guya humanitar yardım gətirirlər. Amma əslində narkotik daşıyırlar”.

Bu qalmaqallı bəyanatlar İsrail ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR