İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Valday çıxışında sərt ton seçdi

Avropadakı yeni dron hücumları fonunda Rusiya prezidentinin Valday çıxışı Qərb mətbuatı tərəfindən NATO ilə qarşıdurmaya birbaşa təhdid kimi qəbul edilib.

Musavat.com xəbər verir ki, Qərb mətbuatında bununla bağlı müxtəlif rəylər gəlib.

Həmin rəylərdən bəzilərini diqqətə çatdırırıq.

“Le Monde” (Fransa)

Qəzet yazır ki, Putin Avropanı eskalasiyada ittiham edərək “döyüşkən ton” seçib. Onun sözlərinə görə, “biz heç vaxt hərbi qarşıdurmanı özümüz başlamamışıq” – məsuliyyəti isə tam şəkildə Qərbin üzərinə atıb. Fransız mətbuatı Putinin “Avropa elitasının isterikasına” istehza etdiyini və “qitənin militarizasiyasına” qarşı cavab tədbirləri ilə hədələdiyini vurğulayır.

“The Economist” (Böyük Britaniya)

Putinin çıxışını NATO-ya qarşı “boz zona” kampaniyasının bir hissəsi kimi qiymətləndirir. Yazıda bildirilir ki, Kreml üç məqsədə çatmağa çalışır: alyansın birliyini sarsıtmaq və NATO-nun 5-ci maddəsinin etibarlılığına şübhə yaratmaq; Avropalılar üçün Ukraynaya dəstəyin qiymətini artırmaq; liberal demokratiyaları nüfuzdan salmaq, çünki onların firavanlığı Putinin sisteminin uğursuzluqlarını üzə çıxarır.

“The New York Times” (ABŞ)

Qəzet qeyd edir ki, Putin Trampı birbaşa tənqid etməkdən yayınaraq əsas hücumlarını NATO və Avropaya yönəldib. O, Qərbin narahatlıqlarını “əsassız” adlandırıb və Almaniya ilə digər müttəfiqləri “Avropanı militarizasiya etməkdə” günahlandırıb. Rusiya lideri Avropanın hərəkətlərinə “inandırıcı cavab” verəcəyini vəd edib.

“Der Spiegel” (Almaniya) eksepetlərinə görə, Putin “Tomahawk” raketlərinin Ukraynaya verilməsinin ABŞ hərbçilərinin iştirakı olmadan mümkün olmadığını bildirib. Onun sözlərinə görə, bu cür təchizat “eskalasiyanın tamamilə yeni mərhələsinə” səbəb olacaq.

“Spiegel” qeyd edir ki, bu raketlər cəbhədə güc balansını dəyişməsə də, Moskva ilə Vaşinqton arasındakı münasibətləri kəskin şəkildə pisləşdirə bilər. Nəşr eyni zamanda son həftələrdə Trampın daha çox Ukrayna tərəfdarı mövqe tutduğunu vurğulayır.

ISW – Müharibəni Öyrənmə İnstitutu (ABŞ)

Təşkilat bildirir ki, Kreml cəbhədəki uğurlarını bilərəkdən şişirdir. Bu isə ABŞ və Avropaya təzyiq göstərmək məqsədi daşıyan informasiya kampaniyasının bir hissəsi kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR