İnsanlara hürriyət, millətlərə istiqlal!

İtalyan jurnalist Gürcüstana buraxılmadı – ŞOK SƏBƏB

İtalyan mətbuatının əməkdaşı Cakomо Ferrara Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərini işıqlandırmaq üçün gəlməsinə baxmayaraq, Ermənistan–Gürcüstan sərhədində ölkəyə buraxılmayıb.

Musavat.com xəbər verir ki, Ferraranın sözlərinə görə, o, “La Ragione” qəzetinin nümayəndəsi kimi Gürcüstan Mərkəzi Seçki Komissiyasından rəsmi akkreditasiya alıb.

Lakin sərhəd-keçid məntəqəsində ona 5 000 lari (təxminən 1 565 avro) məbləğində cərimə tətbiq olunduğu bildirilib.

İddia olunub ki, cərimə onun 31 mart tarixində Tiflisdə Rustaveli prospektində iştirakı ilə bağlıdır.

Jurnalist isə belə bir borcdan xəbərsiz olduğunu, bu barədə heç vaxt rəsmi bildiriş almadığını və indiyədək Gürcüstanda bu cür problemlə üzləşmədiyini vurğulayıb.

Qeyd edək ki, Ferrara əvvəllər dəfələrlə Gürcüstana səfər edib, siyasi hadisələri işıqlandırıb və hətta ölkənin beşinci prezidenti Salome Zurabişvili ilə müsahibə də götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR