İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin onları LAĞA QOYDU: "Bir daha etməyəcəyik..."

Xəbər verdiyimiz kimi, Münhen hava limanı hava məkanında dronların aşkarlanması ilə əlaqədar uçuşları dayandırdığını açıqlayıb. Dünən axşam saatlarında Almaniyanın Hava Hərəkəti İdarəsi bir neçə dronun görünməsinə görə Münhen Hava Limanında uçuşları məhdudlaşdırıb, sonra isə tamamilə dayandırıb. Hadisə nəticəsində 17 reysin ləğv olunduğu qeyd edilib. Uçuşun dayandırılması 3000-ə yaxın sərnişinə təsir edib.

Musavat.com-un xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin dünən Valday diskussiya klubunun plenar iclasında çıxışı zamanı zarafatla bəyan edib ki, onlar bir daha Danimarka üzərində pilotsuz təyyarələr uçurmayacaqlar.

Bununla belə, Kreml rəsmi açıqlamasında hava məkanının pozulmasına görə məsuliyyət daşımadığını bir daha bəyan edib.

Rusiya rəsmiləri bundan əvvəl Polşa, Rumıniya, Estoniya, Danimarka və Norveçdə baş verən hadisələrdə iştirakı da inkar etmişdilər. Kreml rəsmiləri onlara qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR