Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Cənubi Qafqazda yeni regional nəqliyyat əlaqələri açılacaq.
Musavat.com xəbər verir ki, baş nazir bunu Tsaqkadzorda keçirilən “Mədən sənayesi” forumunda çıxış edərkən deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də yaxın gələcəkdə baş tutacaq regional infrastruktur və nəqliyyat əlaqələrinin açılışı mədənçıxarma sənayesinin inkişafı üçün əlverişli şərait yaradacaq.
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ