Onlayn ictimai-siyasi qəzet
Külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, həbs edilən şəxs 1968-ci il təvəllüdlü Fuad M. hakim qarşısına çıxarılıb. O, 16 kiloqram metamfetamin saxlamaq da və satmaq ittiham olunub.
İstintaq zamanı onun mobil telefonundan narkotik satdığı şəxslərlə mesajları aşkar edilib. Həmin mesajlarda Fuadın narkotik satdığı şəxslərlə satış məqsədi ilə aralarındakı danışıqları sübut kimi qiymətləndirilib.
Məhkəmə istintaqında şahidlər də dindirilib. Şahidlərdən biri Fuadı “Eskobar” kimi tanıdığını deyib. O, Fuadı bir zamanlar Kolumbiyanın məşhur və dünyada tanınan narkotaciri Eskobara bənzədib. Səbəbini isə Fuadda külli miqdarda narkotik vasitə olması ilə izah edib.
“Fuadı qonşusu kimi tanıyıram. Onunla mehriban münasibətimiz var. Özüm narkotik aludəçisiyəm. Narkotiki əsasən Fuaddan alırdım. Fuad Balaxanıda narkotik satışı ilə ən çox məşğul olan şəxsdir. Ona görə də onu Balaxanıda “Eskobar” adlandırırlar”- deyə şahid məhkəmədəki ifadəsində bildirib.
Fuad ifadədində özünü narkotik satışı ilə təqsirli bilmədiyini deyib. Qeyd edib ki, narkotik aludəçisi olub, amma satışı ilə məşğul deyil. Əlavə edib ki, üzərindən çıxan narkotik vasitə olan metamfetamini bir müddət əvvəl küçədə yerdən tapıb və istifadə etmək üçün özündə saxlayıb.
Məhkəmə Fuadın ifadəsini səmimi qəbul etməyib və özünü müdafiə kimi qiymətləndirib. Məhkəmə şahid ifadələrini, mesajlaşmaları sübut kimi qiymətləndirərək Fuadı qeyd edilən maddə ilə təqsirli bilib.
Hökmə əsasən yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin yaşını nəzərə alıb. Fuad M. məhkəmənin hökmü iklə 7 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ