İnsanlara hürriyət, millətlərə istiqlal!

Parasetamolun autizmə təsiri barədə sensasion açıqlama

Ağ Evdən parasetamol və autizm ilə bağlı sensasion açıqlama gözlənilir

Musavat.com xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, ABŞ administrasiyası yaxın günlərdə hamiləliyin erkən dövrlərində “Taylenol” (parasetamol) qəbulunun uşaqlarda autizm riskini artıra biləcəyi barədə bəyanat yaymağa hazırlaşır.

Qərarın əsasını Harvard Universiteti və Mount Sinai xəstəxanasının apardığı tədqiqatlar təşkil edir. Sözügedən araşdırmalarda hamiləlik zamanı parasetamol istifadəsi ilə autizm riski arasında mümkün əlaqəyə dair nəticələr əldə olunub.

ABŞ Səhiyyə Nazirliyinin hamilə qadınlara erkən mərhələdə “Taylenol” qəbul etməmələri barədə xəbərdarlıq edəcəyi gözlənilir. Bununla yanaşı, hökumət autizmin müalicəsi üçün alternativ vasitə kimi “Leykovorin” (kalsium folinat) istifadəsini təşviq etmək niyyətindədir.

Qeyd olunur ki, “Leykovorin” adətən B9 vitamini çatışmazlığını aradan qaldırmaq və bəzi dərmanların yan təsirlərini azaltmaq üçün təyin olunur. Erkən mərhələdə aparılan tədqiqatlar göstərir ki, bu preparat autizmli uşaqlarda nitqin və anlama qabiliyyətinin yaxşılaşmasına səbəb ola bilər. Lakin alimlər arasında hələ yekdil elmi konsensus yoxdur. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR