İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan namizəd oldu – Ermənistanda siyasi rəqabət rəsmən başladı

Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib. O, iqtidarda olan “Vətəndaş Müqaviləsi” partiyasından öz namizədliyini irəli sürüb.

Bu qərar Paşinyanın hakimiyyətinin gələcəyi və ölkədə siyasi qüvvələr arasındakı münasibətlər baxımından mühüm mərhələ kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, bu bəyanat Ermənistanda yeni siyasi mübarizə dövrünün başlanğıcıdır.

Baş nazirin seçkilərdə iştirak qərarı onun rəhbərlik etdiyi partiyanın son aylarda üzləşdiyi təzyiqlər, kilsə ilə açıq qarşıdurma və müxalifətin küçə etirazları fonunda verilib.

Paşinyan çıxışında bildirib ki, “Vətəndaş Müqaviləsi” partiyası ölkəni “müharibə və revanşizm təfəkküründən xilas etmiş yeganə siyasi qüvvədir” və seçkilərdə bu siyasətin davamı üçün mübarizə aparacaq:

“Biz müharibəni yox, sülhü seçdik. Biz nifrəti yox, inkişafı seçdik. 2026-cı ildə xalq yenidən kiminlə gələcəyə getmək istədiyini göstərəcək.”

Robert Koçaryanın əsl atası azərbaycanlı olub? - İDDİA | Modern.az

Paşinyanın namizədliyi artıq ölkə daxilində həm tərəfdarları, həm də müxalif dairələr arasında geniş müzakirələrə səbəb olub.

Seçkilərdə iştirakla bağlı niyyətini bildirənlər arasında Ermənistanın sabiq prezidenti Robert Koçaryan da var. Koçaryanın tərəfdarları “Hayastan” bloku çərçivəsində seçkilərə qatılmağı planlaşdırır.

Bu, Paşinyanın həddini aşması deməkdir” - Tatoyan | KONKRET

Bundan başqa, sabiq ombudsman Arman Tatoyan da seçkilərdə müstəqil platforma ilə iştirak edəcəyini açıqlayıb. O, sosial şəbəkədə yazıb ki, ölkədə “hüquqi dövlət prinsipləri bərpa olunmadan demokratik seçki mümkün deyil” və bu istiqamətdə “alternativ proqramla” çıxış edəcək.

Seçki marafonunda diqqətçəkən yeni qüvvələrdən biri də iş adamı Samvel Karapetyanın ideya rəhbəri olduğu “Bizim kimi” (“Menk nenk”) hərəkatıdır. Hərəkat son aylarda sosial və iqtisadi ədalətsizliyə qarşı çıxış edən gənclər arasında populyarlıq qazanıb.

Ermənistanda 2026-cı il seçkiləri Azərbaycanla sülh sazişinin imzalanması, Qarabağ məsələsinin bağlanması və Ermənistanın regional siyasətdə yeni mövqeyinin formalaşdığı dövrdə keçiriləcək.

Paşinyanın komandası bu seçkiləri “sülh dövrünün seçkisi” kimi təqdim edir. Lakin müxalifət onun siyasətini “ərazi güzəştləri və dövlət maraqlarının satılması” kimi qiymətləndirir.

Hazırkı mənzərəyə görə, 2026-cı il parlament seçkiləri Paşinyanla Rusiya yönümıü qüvvələrin arasında revanş xarakterli amansız mübarizə ilə xarakterik olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR