Onlayn ictimai-siyasi qəzet
Ermənistan və Türkiyə arasında sərhədlərin açılması, eləcə də diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.
“Hazırda buna qarşı heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm. Amma əminəm ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşu ölkələrə çevriləcəklər”, - Paşinyan bildirib.
Ermənistan hökumət başçısı əlavə edib ki, İrəvan və Ankara arasında dialoq davam edir və hər iki tərəf münasibətlərin sabitləşməsində maraqlıdır.
Musavat.com
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ