İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı gizli toplantı keçirdi – Ermənistanda qalmaqallı müzakirə

Ermənistanın hakim partiyası “Vətəndaş Müqaviləsi” 12 iyul tarixində Sünik vilayətinin Qoris şəhərində keçirilən siyasi toplantıda Zəngəzur dəhlizinin verilməsi məsələsini qapalı şəkildə müzakirə edib.

Musavat.com xəbər verir ki, barədə məlumatı erməni mətbuatı – “Joxovurd” qəzeti partiyadakı mənbələrə istinadən yayıb. Bildirilir ki, toplantı mətbuatsız, tam qapalı rejimdə baş tutub və əsas mövzu Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yolun Sünik ərazisindən keçirilməsi olub.

Mənbələrin sözlərinə görə, görüş zamanı baş nazir Nikol Paşinyanın əhvalı gərgin olub. Partiya üzvlərində belə təəssürat yaranıb ki, Paşinyan Türkiyə, BƏƏ və Belçikaya son səfərlərindən gözlədiyi nəticələri və zəmanətləri ala bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR