İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı mandatını təhvil verdi-gözlənilməz istefa

Ermənistanda Hakim “Vətəndaş sazişi” partiyasının deputatı Arsen Torosyan parlament mandatından imtina edib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, erməni deputat artıq müvafiq ərizəni parlament spikerinə təqdim edib.

Arsen Torosyan Ermənistan ictimaiyyətinə ilk növbədə səhiyyə sahəsində fəaliyyəti ilə tanınır. 1982-ci ildə İrəvanda anadan olan Torosyan İrəvan Dövlət Tibb Universitetini və daha sonra Milli Sağlamlıq İnstitutunu bitirib, uzun müddət səhiyyə idarəçiliyi və qeyri-hökumət təşkilatlarında çalışıb.

2018–2021-ci illərdə Ermənistanın səhiyyə naziri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR