İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkiandan SON DƏQİQƏ nüvə açıqlaması - Heç vaxt...

İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla apardığı telefon danışığında Tehranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian bildirib ki, İranın nüvə proqramı sırf dinc məqsədlidir və ölkə bu sahədə fəaliyyətlərini ali dini liderin nüvə silahına qarşı verdiyi fətvaya əsaslanaraq həyata keçirir:

“İran ali rəhbərin fətvasına əsaslanaraq heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və bu məsələdə mövqeyimiz qətidir”.

İran lideri əlavə edib ki, Tehran nüvə proqramı ilə bağlı daim danışıqlara açıq olub və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazırdır.

Pezeşkian İsraili isə bölgədə gərginliyi artırmaqda və yalan informasiya yaymaqda ittiham edib:

“İsrail Yaxın Şərqdə xaos yaratmaq üçün yalan danışır və əsassız iddialar səsləndirir”.

Xatırladaq ki, bir müddət əvvəl İtaliyanın Xarici İşlər Nazirliyi İsrail kəşfiyyatına istinadla Tehranın 6 ay ərzində 10 nüvə bombası hazırlamaq imkanına malik olduğunu iddia etmişdi.

Bundan əvvəl Emmanuel Makron sosial şəbəkə platforması “X” üzərindən paylaşım edərək Pezeşkianla danışığında İranı nüvə proqramı üzrə danışıqlara qayıtmağa çağırdığını bildirmişdi.

İran tərəfi isə bu çağırışlara cavab olaraq dialoqa hazır olduğunu, lakin yalan iddialarla təzyiq göstərilməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR