Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin, II Dünya Müharibəsindəki Qələbənin 80-ci ildönümü münasibətilə bir sıra ölkələrin liderlərinə təbrik məktubları göndərib.
Musavat.com xəbər verir ki, bu təbriklər Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İsrailin rəhbərlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına ünvanlanıb.
Putin həmin ölkələrin liderləri ilə yanaşı, separatçı Abxaziya və Cənubi Osetiya rəhbərlərinə də təbrik göndərdiyini açıqlayıb.
Putin təbrik məktubunda vurğulayıb ki, həmin xalqların faşist işğalçılarına qarşı mübarizə aparan və arxa cəbhədə böyük fədakarlıq göstərən ata və babalarının əməlləri müqəddəs şəkildə yad edilir.
O, veteranlara və arxa cəbhə işçilərinə səmimi təşəkkürlərini çatdırıb, faşistlərin törətdiklərini unudmağa cəhd edənlərə qarşı hər hansı müdaxiləyə son verilməsinin vacibliyini qeyd edib.
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ