İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin mühüm açıqlama verəcək – Zelenski ilə görüş gündəmdə

Rusiya Prezidenti Vladimir Putin yaxın saatlarda Malaziya Baş naziri ilə keçirilən danışıqlardan sonra bəyanatla çıxış edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin rəsmi jurnalistləri məlumat yayıb.

Eyni zamanda Rusiya mediasının məlumatına görə, hazırda Moskvada Braziliya Prezidenti Luis İnasiu Lula da Silva da səfərdədir. O, bir gün əvvəl verdiyi açıqlamada Moskvaya səfər etməyi və Prezident Putinlə görüşərək onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə İstanbulda danışıqlar aparmasına şərait yaratmağı təklif edəcəyini bildirmişdi.

Hazırkı diplomatik fəallıq və yüksək səviyyəli səfərlər fonunda Kremlin növbəti açıqlaması beynəlxalq ictimaiyyət tərəfindən maraqla gözlənilir. Bu, Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələnin başlanğıcı ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

14 May 2025

BÜTÜN XƏBƏRLƏR