İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif edib.

Putin bunu mətbuat konfransında bildirib.

"Biz Kiyevə heç bir ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif edirik. Danışıqlara mayın 15-də İstanbulda başlamağı təklif edirik", - Rusiya lideri vurğulayıb.

Putin əlavə edib ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla danışacaq və ondan Ukrayna ilə danışıqlar üçün meydança təqdim etməyi xahiş edəcək.

Rusiya Prezidenti qeyd edib ki, yeni atəşkəslərin razılaşdırılması mümkündür.

"Biz ciddi danışıqlara hazırıq. Bizim təkliflərimiz masa üzərindədir. Ukrayna hakimiyyəti və kuratorları qərar verməlidirlər. Rusiya heç bir şərt olmadan danışıqlara hazırdır. Uzunmüddətli sülh əldə etmək lazımdır. İndi müharibə gedir və biz danışıqlar təklif edirik, bunun nəyi pisdir?", - Putin vurğulayıb.**APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR