Onlayn ictimai-siyasi qəzet
İran dinc nüvə enerjisini inkişaf etdirmək niyyətini təsdiqləmək üçün ABŞ-la dolayı danışıqlar aparır və heç vaxt öz hüquqlarından əl çəkməyəcək.
Musavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Onun fikirləri İran hökumətinin Telegram kanalında yayımlanıb: "Müharibə istəmədiyimizi sübut etmək üçün danışıqlar aparırıq. İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib və buna cəhd etməyəcək, lakin heç bir halda dinc nüvə enerjisi hüququndan imtina etməyəcək”.
Pezeşkianın sözlərinə görə, nüvə texnologiyası ölkənin səhiyyə, kənd təsərrüfatı, sənayedə tərəqqisi üçün mühüm əhəmiyyət kəsb edir və İran təzyiq altında öz hüquqlarından əl çəkməyəcək.
Xatırladaq ki, bu gün İran və ABŞ Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Omanın vasitəçiliyi ilə danışıqların dördüncü raundunu keçirib. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, amerikalı nümayəndə heyətinə isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ