İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınla görüntülənən ərindən efirdə üzr istədi

ATV telekanalında yayımlanan “Rəngarəng” proqramında qalmaqallı anlar yaşanıb. Aparıcı Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə qonaq olan müğənni Ofeliya Şabanovaya həyat yoldaşının başqa bir qadınla görüntüsü təqdim edilib. Hadisədən gərginləşən ifaçı telefonu yerə çırpıb və efiri tərk edib.

Bu gün isə Ofeliya yenidən “Rəngarəng” verilişinin qonağı olub.

Musavat.com xəbər verir ki, ifaçı tamaşaçılardan və həyat yoldaşından üzr istəyib:

“Dünən Zaura qulaq asmadığım üçün peşmanam. Ceyhun elə adam deyil. Mən çox peşmanam. Məni sevənlər çox pis olub. Həyat yoldaşımdan üzr istəyirəm. O hərəkətimdən peşmanam. Mən ailəm dağılsın deyə ailə qurmamışam. Yoldaşımın yanında ölmək üçün ailə qurmuşam. Halalımdan üzr istəyirəm”.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR