İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda çoxarvadlılıq QANUNİLƏŞDİRİLİR - ŞOK TƏKLİF

Qazaxıstanda çoxarvadlılıq qanuniləşdirilir.

Musavat.com xəbər verir ki, bu təkliflə Qazaxıstan parlamentinin deputatı Abzal Kuspan çıxış edib.

Onun sözlərinə görə, mövcud qadağa artıq real nəticə vermir, buna görə də hökumət ya qanunun icrasını təmin etməli, ya da onu yenidən nəzərdən keçirməlidir.

Deputat bildirib ki, çoxarvadlılıq Qazaxıstanda faktiki olaraq bu gün də mövcuddur, sadəcə, rəsmi şəkildə tanınmır. Nəticədə isə belə münasibətlərdə olan qadınlar hüquqi müdafiədən məhrum qalırlar.

Kuspan vurğulayıb ki, xüsusilə varlı kişilər arasında bir neçə arvadı olanlara tez-tez rast gəlinir, bəzi hallarda bu say beşə qədər çatır.

Eyni zamanda, parlament üzvü şəxsən ikinci arvad almaq niyyətində olmadığını vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2025

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR