Onlayn ictimai-siyasi qəzet
Qırmızı dənizdə gəmilərə qarşı hücumlar davam edir.
Musavat.com xəbər verir ki, yəmənli husilər bu dəfə Liberiya bayrağı altında üzən "Eternity C" adlı yunan yük gəmisinə hücum ediblər.
"Politico" nəşrinin məlumatına görə, hücum 50 dəniz mili məsafədə, Yəmənin Hodeyda şəhəri yaxınlığında baş verib. Hücum zamanı husilər dəniz dronları, qumbaraatanlar (RPG) və kiçik qayıqlardan istifadə ediblər.
Hadisə nəticəsində gəmi hərəkətsiz vəziyyətə düşüb. İki heyət üzvü ağır yaralanıb, daha iki nəfər isə itkin düşüb.
Qeyd edək ki, bu, husilərin yunanlara məxsus ikinci gəmini hədəfə almasıdır.
Xatırladaq ki, iyulun 6-da “Magic Seas” adlı başqa bir yunan gəmisi də hücuma məruz qalmış və sonradan batmışdı.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ